Müğənni Səidə Dadaşova anası, aktrisa Sədaqət Dadaşova haqqında danışıb.
Ölkə.az xəbər verir ki, “Öz aramızda” proqramına qonaq olan Səidə illərdir anasının ondan üz döndərdiyini, hətta digər qohumlarının belə onunla maraqlanmadığını deyib.
Göz yaşını saxlaya bilməyən Səidə dəfələrlə anası ilə barışmaq üçün addım atsa da, qarşı tərəfdən cavab almadığını bildirib:
“Evində oğlu ilə tək yaşayır. Mənim onunla danışmadığımı soruşursunuz. Bir dəfə də ona bu sualı verin. İnsan nədənsə inciyir. 26 iyulda doğum günüm oldu, məni heç kim təbrik etmədi. Niyə hamının hər şey yadında qalır. Hər kəsin doğum günü keçirilir. Niyə mən axtarmalıyam?”
Səidə aparıcı İsa Şükürovun “Dadaşovlar ailəsi Səidəni kəsib atıblar” sualına belə cavab verib:
“Mənim üçün əhəmiyyət daşımır. Vecimə olmasa, demərəm. Atam var idi, məni təbrik edirdilər. Oğlumun məclisi olub, dəvət etmişəm, amma heç kim gəlməyib. Niyə həmişə mən zəng vurum, əhval tutum? Həyat yoldaşım tərəfindən uşağıma diqqət olub. Atam hər zaman onlara zəng edirdi ki, qızımı niyə təbrik etmirsiniz? Yoruldum məsuliyyət daşımaqdan. Mən də istəyirəm mənə doğru gəlsinlər. Biri kürəkəni sevmir, amma övlada görə keçirlər. Mənə görə heç kim kimdənsə keçmir.
46 yaşım var, uşaq deyiləm. Mən də umuram. Zəng etmişəm, xalam qızına demişəm məclisimə gəl. Gəlmədilər, başqa yerdə idilər. Mənim uşağım uşaq deyil? Kiminsə uşağının ad gününə gedirlər, mənimkinə gəlmirlər. Niyə? Övladımın 9 yaşı var, nənəsini hələ görməyib. İstəmirlər (ağlayır). Mən pisəm, bəs uşağım?”
Qeyd edək ki, Səidə Sədaqətin mərhum Xalq artisti Rafael Dadaşovdan olan övladıdır. Sədaqət Xalq artisti Brilliant Dadaşovanın bacısıdır.(qafqazinfo)