AZ

Təkəri partlayan şirkət maşını metroya girdi - VİDEO

Özünü Dövlət Sosial Müdafiə Fondunun (DSMF) işçisi kimi təqdim edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan S.Qurbanovaya 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət bir günə 2 hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. İş materiallarından məlum olur ki, S.Qurbanova öz qohumuna qarşı dələduzluq edib. O, qohumuna 2-ci qrup əlillik dərəcəsi düzəldəcəyini deyib. Qohumunu buna inandırma üçün özünü DSMF-nin əməkdaşı və "işlədiyi” qurumun yüksək vəzifəli şəxsləri ilə əlaqələrə malik şəxs kimi təqdim edib. Qohumu ona inanaraq işin düzəlməsi üçün hissə-hissə olmaqla S.Qurbanovaya 12 000 manat pul verib. Lakin sonradan aldadıldığını başa düşən zərərçəkən hüquq-mühafizə orqanlarına müraciət edib. S.Qurbanova saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Məhkəmı prosesi zamanı S.Qurbanova verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, qohumundan faizə pul alıb və kiməsə əlillik dərəcəsi düzəldəcəyi barədə vəd verməyib. Sadəcə bu məsələ ilə maraqlanacağını bildirib. Bununla belə, məhkəmə S.Qurbanovanı təqsirli bilib.

Seçilən
7
avtosfer.az

1Mənbələr