“Beşiktaş” yay transfer pəncərəsinin son günündə portuqaliyalı futbolçu Joao Mario ilə yollarını ayırıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli oyunçu Yunanıstanın AEK klubuna 1 mövsümlüyünə icarəyə verilib.
32 yaşlı yarımmüdafiəçi ilə bağlı bütün detallar üzrə razılıq əldə olunub.
Joao Mario “Beşiktaş”ın heyətində ümumilikdə 45 oyuna çıxıb, 10 qola imza atıb və 5 məhsuldar ötürmə edib.