AZ

Qəzalı vəziyyətdə olan 400 orta məktəbin aqibəti necə olacaq? - Ekspert

"İstər rayonda, istərsə də Bakıda qar yağıb, sürətli külək əsəndə biz orta məktəblərdən birinin damının uçduğunun şahidi oluruq. Bu reallıqdır". 

Ölkə.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri qəzalı vəziyyətdə olan 400 orta məktəbin aqibətindən danışarkən deyib. 

Ekspert bunun böyük rəqəm olduğunu xatırladıb:

"Reallıq budur, 400-dən yuxarı məktəb qəza vəziyyətindədir. Bu gün təhsilin problemləri olduqca çoxdur. Onlardan danışmağa həmişə hazıram. 400 böyük rəqəmdir. İnanırıq ki, 4 ildən sonra bu rəqəm xeyli azalacaq. Demirəm ki, tam itəcək, çünki böyük rəqəmdir, söhbət 4 deyil, 400 məktəbdən gedir".

Elmin Nuri bildirib ki, bir qəzalı məktəbin təmiri aylarla vaxt aparır:

"Büdcə planlanması, bunların hamısı layihənin tərkib hissəsidir. Bu prosesdə həm də tənzimləmə aparılır. Məsələn, həddindən artıq ağır qəzalı vəziyyətdə olan məktəblərin siyahısı nisbətən yüngül qəzalı vəziyyətdə olan məktəblərin siyahısından fərqləndirilir. İlk olaraq həmin məktəblər təmir edilir. Yerdə  qalan məktəblərinsə o qədər də qəzalı vəziyyətdə olduğunu düşünmürəm. Düzdür, onların arasında da yüksək qəza ehtimalı olanları var”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev qəzalı məktəblərin sayını açıqlayıb. Nazir hazırda qəzalı məktəblərin sayının 400 olduğunu vurğualyıb.

Seçilən
2
1
olke.az

2Mənbələr