AZ

Bakıda sərnişin avtobusu qəzaya düşüb - VİDEO

ASCO-nun "Mahmud Rəhimov" gəmisinin təmirdən sonra ilk səfəri Aktau limanına olub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Mahmud Rəhimov" universal quru yük gəmisi təmir olunub.

Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, proses çərçivəsində gəminin baş mühərrikləri yenisi ilə əvəz olunub, köməkçi mühərriklər isə təmir edilib.

Bundan başqa, gəminin mexanizmləri, hava kompressorları sazlanıb. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Gəminin sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları, anbar qapaqları təmir edilib.

Təmir zamanı rabitə və elektroradionaviqasiya sahəsinə də aid işlər görülüb. Gəmidə müasir, yeni 1 ədəd elektron xəritə quraşdırılaraq, 2 ədəd VHF tipli daşınan əl radiostansiyası ilə təchiz edilib.

"Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və Aktau limanına doğru ilk səfərə yola salınıb.

Qeyd edək ki, "Mahmud Rəhimov" gəmisinin uzunluğu 117,5, eni 16,5 metrdir, onun yükgötürmə qabiliyyəti 4 100 tondur.

Seçilən
11
1
avtosfer.az

2Mənbələr