AZ

“Mən “Kəpəz”də oynayanda da belə hallar olurdu” Adil Şükürov

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Kəpəz” bu gün ölkə çempionatının 4-cü turunda “Araz-Naxçıvan”a məğlub oldu - 0:2. Oyunsonrası mətbuat konfransında Adil Şükürov jurnalistlərin suallarını cavabladı. - Daha aqressiv oynadıq. Rəqib boşluqdan istifadə edib qapımıza qol vurdu. Bu hal xoş deyil. Amma daha istəkli komanda idik.- Rəhbərlik nəticələri düzəltmək üçün üç tur vaxt vermişdi. Buna səbrləri çatacaq?- Söhbət üç turdan yox, yığılacaq xallardan gedir. Bu gün daha yaxşı oyun göstərdik.- Niyə hər mövsümün əvvəlində “Kəpəz” uğursuz olur, sonra məşqçi dəyişir?- Mən “Kəpəz”də oynayanda da belə hallar olurdu. Düşünürəm ki, qarşıdakı turlarda məqsədimizə çatacağıq.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
1
icma.az

2Mənbələr