İranda spirtli içkilərdən istifadə edənlərin sayının artıb. Bununla yanaşı, alkoqoldan asılılığın müalicəsi mərkəzlərinə gələnlərin sayı da xeyli artıb.
Yenisabah.az xəbər verir ki, bu haqda İranın "Ruydad 24" xəbər saytı məlumat yayıb.
"Spirtli içkilərin istehlakı keçmişlə müqayisədə xeyli artıb və bu, qeyri-qanuni olduğu üçün bir çox işbazlar keyfiyyətsiz maddələrdən və ya sənaye spirtindən istifadə edirlər, bu da istehlakçıların həyatını təhlükəyə atır", - məlumatda deyilir. Pepperoni pizza
Məlumatda bildirilib ki, xüsusən son 3 il ərzində qanunsuz spirtli içkilərin satışı bir neçə dəfə artıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının 2022-ci il hesabatına görə, İran spirtli içkilərdən istifadə edənlərin sayına görə 189 ölkə arasında 9-cu yeri tutub./Axar.az
Telegram kanalımız