AZ

1144 manatlıq bağçada uşağa şiddət?: "Bizə deyilməyib ki..."

Paytaxtın Xətai rayonunda fəaliyyət göstərən "Predu" uşaq bağçasının Həzi Aslanov filialında tərbiyəçinin 3 yaşlı uşaqla kobud rəftarı barədə görüntülər yayılıb.

Vətəndaş bildirib ki, aylıq 1 144 manat ödədiyi bağçadan aldığı xidmətdən narazıdır. 

Adının açıqlanmasını istəməyən valideyn "Söhbət mənim 3 yaşlı övladımdan gedir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?", - deyə bildirib.

Məsələ ilə bağlı “Cebheinfo.az”-a “Predu” uşaq bağçasından bildirilib ki, mediada əks olunan qiymət heç bir halda bağçanın aylığı deyil:

“Hal-hazırda uşaq bağçaya gəlmir və mediada əks olunan qiymət heç bir halda həqiqəti əks etdirmir. Bağçamızın aylıq ödənişi 350 manatdır. Hazırda isə sentyabr ayına görə endirim kampaniyası çərçivəsində qiymət 330 manatdır. Yəni mediada göstərilən qiymətlər bağçamızın aylıq haqqı deyil.

Nevropatoloq nəzarətində olan və dərman qəbul edən uşaq olub. Valideynlər uşaq bağçaya gəlməzdən əvvəl mövcud problemlər barədə məlumat verməyiblər. Bu barədə lazımi məlumatları vermişik”. 

Seçilən
17
2
cebheinfo.az

3Mənbələr