AZ

Xarici media eksperti: Azərbaycan diplomatiyası gələcək nəsillərə sabit Cənubi Qafqaz miras qoyur

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan və Ermənistan arasında ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Birgə Bəyannamə Azərbaycanın mühüm diplomatik nailiyyətidir. Bu sənədlə Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsindən kənarda, çoxdan gözlənilən həlli təmin olundu.

Bu fikirləri AZƏRTAC-a “The Europe Today” jurnalında xarici işlər üzrə ekspert, Belçikada yerləşən “EUReflect” media evinin baş eksperti, bir sıra kitabların müəllifi Məhəmməd Əli Paşa bildirib.

O əlavə edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətini dayandırmaq barədə yekdil qərar münaqişənin tamamilə həll olunduğunu göstərir. Bu, Azərbaycanın regionda suverenliyi və sabitliyi baxımından tarixi qələbədir.

Xarici ekspert daha sonra vurğulayıb ki, bu əlamətdar hadisə Azərbaycanın sülhə və tərəqqiyə sadiqliyini nümayiş etdirir. Onilliklərdir davam edən danışıqlar regional əməkdaşlığa, təhlükəsizliyə və rifaha yol açan Birgə Bəyannamənin imzalanması ilə nəticələnib. Sülh istiqamətində atılan addımlar Azərbaycanın gücünü və diplomatik uğurunu təsdiqləməklə yanaşı, gələcək nəsillərə daha sabit və vahid Cənubi Qafqaz miras qoyur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
azertag.az

2Mənbələr