AZ

Mərdəkan sevgisini kölgədə qoyacaq ideal meydan, yaxşı azarkeş

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan U-21 millisi Bolqarıstandan olan həmyaşıdlarını Bakıda qonaq etdi.

1:1 hesablı bərabərliklə bitən görüşdə boş tribunalar, yararsız meydan xüsusi diqqət çəkdi.

Ölkədə meydança problemi var.

Daha milli komandanın ev oyunlarını keçirməsinə mane olacaq səviyyədə deyil axı.

"Neftçi Arena", "Azərsun Arena" rahatlıqla gənclər millisini qonaq edə bilər.

Bundan başqa Sumqayıta, Qəbələyə ayaq açmaq olardı.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu isə lap yerinə düşərdi.

Buranı gənclər millisinin ev oyunları üçün ideal ünvan saymaq olar.

Ot örtüyü hər zaman yaxşı vəziyyətdə olur.

Azarkeş problemi də yoxdur.

Bir neçə ay əvvəl Monteneqro yığması ilə bu şəhərdə keçirilən sınaq matçına 500-dən çox azarkeş gəlmişdi.

Hələ heç bir təbliğat aparılmadan.

Rəsmi oyunda mütləq ki, bu say ən azı 2-3 dəfə çox ola bilər.

Belədə AFFA-nın "Bona Dea Arena" sevgisini anlamaq olmur.

Veriləcək bir qərarla gənclərin həm azarkeş, həm də meydan problemini kökündən həll etmək olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
19
sportinfo.az

1Mənbələr