Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ağdam, 12 sentyabr, T.Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Səfərli kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində sərnişin - 2011-ci il təvəllüdlü yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.