AZ

Tünzalə Ağayeva “Zəngəzur mahnısı” klipində yer aldı FOTO/VİDEO

ain.az bildirir, Dogru.az portalına istinadən.

Xalq artisti Tünzalə Ağayeva “Zəngəzur mahnısı”na çəkilən klipdə rol alıb.

Doğru.az xəbər verir ki, pop ulduz yeni ekran işindən bir hissəni şəxsi “İnstagram” hesabında paylaşıb. Sənətçinin klipdəki obrazı xüsusi diqqət çəkib. Milli və tarixi ornamentlərin yer aldığı geyim məşhur dizayner Lali Rüstəmovaya, styling isə ulduzun şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur.

Layihənin məqsədi milli-mədəni yaddaşın gücləndirilməsi və Qərbi Azərbaycan mövzusunun mədəni təbliğinə töhfə verməkdir. Klipin çəkilişləri Şərqi Zəngəzur – Laçın, Qubadlı və Zəngilan rayonlarında baş tutub.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
9
dogru.az

10Mənbələr