AZ

Kirkin qətlində şübhəli bilinən şəxsin kimliyi açıqlandı: Qətli atasına etiraf edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-li mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin kimliyi məlum olub - bu, Yuta ştatının 22 yaşlı sakini Tayler Robinsondur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "New York Post" (NYP) nəşri mənbələrə istinadən yazıb.
Məlumata görə, mühafizəkar fəal Çarli Kirkin qətli ilə bağlı həbs edilən şəxs hadisəni törətdiyini öz atasına etiraf edib. Ata baş verənləri keşişə danışıb, din xadimi isə polisə məlumat verib.
Oğlunun etirafından sonra ata özü səlahiyyətlilərlə əlaqə saxlayıb. O, etiraf barədə hüquq-mühafizə orqanlarına məlumat verib və oğlu rəsmi şəkildə saxlanılana qədər onu öz nəzarətində saxlayıb.
Seçilən
15
oxu.az

1Mənbələr