AZ

2 milyondan çox insan vərəm xəstəliyindən ölə bilər

Araşdırmalar göstərir ki, ABŞ Prezidenti Donald Trampın xarici yardımları dayandırması 26 ölkədə vərəm xəstəliyinin yayılmasına ciddi təsir göstərəcək. 
Sherg.az xəbər verir ki, ən pis ssenaridə 2025 - 2030-cu illər arasında 10,6 milyon insan vərəmə yoluxa və 2,2 milyon insan həyatını itirə bilər.
Tədqiqatçılar bildirirlər ki, yardım dayandırılması diaqnostika və müalicədə gecikmələrə səbəb olub. Hətta xidmətlər üç ay ərzində bərpa olunsa belə, gələcək 5 ildə təxminən 100 min insan vərəm xəstəliyindən ölə bilər.
Vərəm (TB) əsasən ağ ciyərləri təsir edən yoluxucu xəstəlikdir və Ümumdünya Səhiyyə Təşkilatına görə qarşısı alınabilən və müalicə edilə biləndir.


Seçilən
13
1
sherg.az

2Mənbələr