AZ

“Göy məscid”in qarşısındakı qəzanın - Videosu

Bu gün günorta saatlarında Nəsimi rayonu, Səməd Vurğun küçəsi, “Göy məscid”in qarşısında piyada vurulması ilə nəticələnən bu  yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bəzi hallarda sürücülərin onlara yol verdiyinə tam əmin olmadan keçidlərdən keçən piyadalar özlərini təhlükəyə atırlar:

“Bu cür qəzaların baş verməsinə səbəb olan digər bir vacib məqam isə sürücülərin keçidlərə yaxınlaşarkən piyada keçidinin olduğunu bildirən nişana diqqət yetirməməsi və yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməsi ilə bağlıdır. Belə olduqda isə piyadanın ölümü və xəsarəti ilə nəticələnən qəzalar qeydə alınır”.

Həmin qəzanın görüntülərini təqim edirik:

Seçilən
76
2
news24.az

10Mənbələr