AZ

Tramp bunu ilk dəfə dilə gətirdi - sülhün qarşısında ən böyük əngəl Putindir...


İllərdir davam edən Rusiya-Ukrayna müharibəsində sülh danışıqları yenidən dalana dirənib. Müharibəni bitirməyə çalpışan ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına son müsahibəsində artıq səbrinin tükəndiyini deyib.

Tramp ilk dəfə açıq şəkildə bəyan edib ki, sülhün qarşısında ən böyük əngəl Putindir: “Əsl problem həqiqətən Putindir”.

"Çox məyus oldum. Onunla Zelenski arasında böyük bir nifrət var", - deyən Tramp Ukrayna lideri Zelenskinin masaya gəlməyə hazır olduğunu bildirib. Bununla belə, o, danışıqların dalana dirəndiyini bildirib: "Putin bunu etmək istəyəndə Zelenski istəmədi, Zelenski etmək istəyəndə isə Putin istəmədi. İndi Zelenski bunu etməyə hazırdır, lakin Putin susması sual doğurur".

Tramp Rusiya banklarına qarşı sərt sanksiyaların və Rusiyanın neft tədarükünü hədəf alan tədbirlərin də gündəmdə olduğunu açıqlayıb.

Aparıcısı “Putinlə bağlı nə edəcəksən? Çünki Polşada dronları gördük” sualına Tramp belə cavab verib: "Mən heç kimi müdafiə etmək fikrində deyiləm, amma onlar əslində vuruldular və məhv edildilər. Amma biz Polşaya yaxın olmalıyıq".

TAHİR

Seçilən
15
baki-xeber.com

1Mənbələr