AZ

Kiyev diplomatik mərkəzə çevrilir: Avropa liderləri Ukraynada

Böyük Britaniya, Fransa, Almaniya və İtaliyadan nümayəndə heyətləri Kiyevə gəlib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

“Bu dövlətlər Avropa qitəsində yeni təhlükəsizlik sistemini formalaşdıran “istəklilər koalisiyası”nın önündədir”, – o, Telegram kanalında yazıb. Yermak əlavə edib ki, ölkələr ümumi təhlükəsizliyi gücləndirmək üçün çalışırlar.

Gələnlər arasında Böyük Britaniyanın yeni xarici işlər naziri İvette Kuper də var idi. Bu, onun vəzifəyə başladıqdan sonra ilk xaricə səfəri idi. Sentyabrın 12-də Böyük Britaniya şahzadəsi Harri və Polşanın xarici işlər naziri Radoslav Sikorski də Kiyevə gəliblər .

Sentyabrın 11-də Finlandiya prezidenti Alexander Stubb da Ukraynaya səfərə gəlib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
1
turkustan.az

2Mənbələr