İsrailin bir neçə gün ərzində 5 ölkəyə hücumundan sonra Misir Təl-Əvivə sərt xəbərdarlıq edib.
Livanın “Əl-Əxbar” qəzeti mənbələrə istinadən yazır ki, Qahirə amerikalılar, İsrailin Qətərdəki hərəkəti kimi Misirdə HƏMAS rəsmilərinə qarşı hər hansı hücum cəhdinin “dağıdıcı nəticələrə gətirib çıxaracağı” barədə xəbərdarlıq edib.
Həmçinin qeyd olunub ki, Misir öz ərazisində HƏMAS da daxil olmaqla, Qəzzada yerləşən təşkilatların liderlərini sığınacaq verməyə və onları müdafiə etməyə hazırdır.
TAHİR