AZ

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində saziş imzalayıb

Bakı. Trend:

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olanTuranBank ilə İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzvqurumu olan İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafıüzrə Korporasiyası (ICD) arasında 5 il müddətinə 15 milyon ABŞdolları məbləğində maliyyələşdirmə istiqamətində sazişimzalanıb.

Sözügedən maliyyələşdirmə xətti ölkədə kiçik və ortasahibkarlığın (KOS) inkişafına dəstək göstərmək, özəl sektorunmaliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, eləcə dəAzərbaycanın dayanıqlı və diversifikasiya olunmuş iqtisadiinkişafına töhfə vermək məqsədi daşıyır. Bu tərəfdaşlıq eynizamanda ölkə iqtisadiyyatının qeyri-neft sektoru üzrəşaxələndirilməsi istiqamətində atılan əhəmiyyətli addım hesabolunur.

Qeyd edək ki, saziş ICD-nin icraçı direktoru vəzifəsini icraedən Dr. Xalid Xələfallah və TuranBank-ın İdarə Heyətinin sədriOrxan Qarayev tərəfindən imzalanıb.

Məlumat üçün qeyd edək ki, TuranBank ilə ICD arasında əməkdaşlıq2008-ci ildən etibarən davam edir və bu saziş tərəflər arasındaimzalanmış altıncı maliyyə əməkdaşlığıdır. Bu fakt iki qurumarasında formalaşmış etibarlı, uzunmüddətli və məhsuldartərəfdaşlığın göstəricisidir.

TuranBank haqqında

TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycanmaliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlıqurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalqstandartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir.Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərənTuranBank, 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayişetdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyətprinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorundamühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün:www.turanbank.az

ICD haqqında

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası(ICD) İslam İnkişaf Bankı Qrupunun üzvü olan çoxməqsədlimaliyyə institutudur. Korporasiyanın əsas missiyası üzv ölkələrdəözəl sektorun inkişafını təşviq etməkİslam şəriət prinsiplərinə uyğun maliyyə alətlərivasitəsilə iqtisadi inkişafı dəstəkləməkdir. ICD həmçininhökumətlərə və özəl təşkilatlara məsləhətxidmətləri göstərərək özəl müəssisələrin yaradılmasını,genişləndirilməsini və modernləşdirilməsini təşviq edir. ICDaşağıdakı beynəlxalq reytinqlərə malikdir:

Moody’s – A2, S&P – A-, Fitch – A+.
Əlaqə üçün:
Nabil El-Alami, Kommunikasiya və KorporativMarketinq Departamentinin rəhbəri
E-poçt: [email protected]
Vebsayt: www.icd-ps.org

TuranBank

Bizimlə etibarlıdır...

Məqalədə:
Seçilən
25
15
az.trend.az

10Mənbələr