AZ

Təhsili yarımçıq qoyub döyüşə yollanan şəhid dəfn olundu – FOTO

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi – Vəkil Möylan oğlu Qayıbov Qəbələ rayonunun Qəmərvan kəndindəki qəbiristanlıqda dəfn olunub.

Tribunainfo.az  xəbər verir ki, əvvəlcə şəhidin ata yurdunda vida mərasimi keçirilib. Cənazə namazı qılınıb, dualar oxunub. Sonra İtkin şəhid torpağa tapşırılıb. Dəfn zamanı Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, qazilər, kənd sakinləri, eləcə də Qəbələ Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xalası oğlu Zaur Şirinov AZƏRTAC-a bildirib ki, Vəkil Qayıbov 1973-cü il avqustun 30-da anadan olub. O, Bakı Ticarət Texnikumunda oxuyurmuş. “Oradan evə gəlib və ön cəbhəyə gedəcəyini bildirib. Döyüşlərdə dəfələrlə fərqlənib. Qorxmaz, mübariz oğlan idi”, – deyə o vurğulayıb.

Zaur Şirinov deyib ki, Vəkil Qayıbov 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Qeyd edək ki, Qəmərvan Qəbələdə ən çox şəhidi olan kəndlərdən biridir.

Seçilən
42
4
tribunainfo.az

9Mənbələr