AZ

Bu ərazidə binalar TƏMİR EDİLƏCƏK

Tərtər Rayon İcra Hakimiyyəti şəhərdə bir sıra təmir işlərinin aparılması məqsədilə tender elan edib.

Far.Az-in məlumatına görə, layihənin ümumi dəyəri 1 milyon 258 min manat olaraq müəyyənləşdirilib.

Tender çərçivəsində Tərtər şəhərinin Cavanşir küçəsi və Elman Səfərov küçəsində müxtəlif təmir-bərpa işləri görüləcək.

Bu layihənin icrası nəticəsində Tərtər şəhərinin bir sıra küçələrində binaların daha möhkəm və estetik görünüşə qovuşacağı, sakinlər üçün daha rahat yaşayış mühitinin təmin ediləcəyi gözlənilir.

Seçilən
3
far.az

1Mənbələr