AZ

İlk köç karvanı Badara kəndinə və Hadrut qəsəbəsinə çatıb

Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Badara kəndinə yola salınan köç karvanı kəndə çatıb, yeni ailələrə mənzillərin açarları təqdim edilib.

Ölkə.Az "Report"a istinadla xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyini təmsil edən şəxslər iştirak ediblər. 

Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Badara kəndinə 14 ailə - 55 nəfər, Hadrut qəsəbəsinə isə 10 ailə 41 nəfər köçürülüb.

Seçilən
12
2
olke.az

3Mənbələr