AZ

Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti (FOTO)

Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən brifinqdə bildirib ki, məktəblərdə “fond pulu” adı altında vəsait yığılması qanunsuzdur. Onun sözlərinə görə, valideynlər belə hallarla üzləşdikdə rəsmi şəkildə nazirliyə müraciət etməlidirlər.

Lakin görünür ki, bəzi məktəblər nazirin xəbərdarlığına məhəl qoymur.

Musavat.com-a müraciət edən valideynlər Suraxanı rayonu Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbdə “fond pulu” yığıldığını bildiriblər.

Şikayətçilərin sözlərinə görə, müəllimlər artıq avqust ayından təmir və fond xərcləri üçün valideynlərdən pul tələb etməyə başlayıblar. Onlara verilən məlumatda hər bir şagird üçün 15 manat ödəniş etməyin məcburi olduğu vurğulanıb. Valideynlər bu barədə saytımıza sübutlar da təqdim ediblər.

Xatırladaq ki, nazirlik dəfələrlə “fond pulu”nun yığılmasının qanunsuz olduğunu bəyan edib və belə halların aşkarlanacağı təqdirdə məsul şəxslər barəsində tədbirlər görüləcəyini açıqlayıb.

Seçilən
9
3
tribunainfo.az

4Mənbələr