ABŞ Prezidenti Donald Tramp, Polşa hava məkanında baş verən PUA hadisəsi ilə bağlı heç kimi müdafiə etməyəcəyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, o, Fox News-a məsələ ilə bağlı sualı cavablandırarkən "Mən heç kəsi müdafiə etməyi düşünmürəm" bildirib. – "Polşa onları vurdu. Hər halda, PUA-ların Polşaya yaxın olmasına icazə verilməməli idi."
10 sentyabr səhəri, Polşa ordusunun əməliyyat komandanlığı, ölkənin hava məkanını pozan bir neçə obyektin, o cümlədən PUA-ların məhv edildiyini açıqlayıb. Polşa Baş Naziri Donald Tuskun sözlərinə görə, 9-dan 10-a keçən gecə hava məkanının 19 dəfə pozulması qeydə alınıb. Hadisə ilə əlaqədar olaraq, Polşanın tələbi ilə NATO Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salaraq, alyans üzvləri ilə məsləhətləşmələrə başlayıb.
Məryəm Quliyeva