AZ

Sentyabr döyüşləri sanki tariximizin qəhrəmanlıq səhifəsidir

2022-ci ilin 12–14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş verən silahlı toqquşmadan 3 il ötür. 

     2020-ci il 10 noyabr rarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatmasına baxmayaraq Azərbaycan–Ermənistan sərhədində böhran yenidən baş qaldırırdı.

    Məlum olduğu kimi 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdı və bununla bağlı aparılan danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunurdu.

    Belə ki, 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş verdi. Müharibədən sonra ən qanlı toqquşma isə məhz 2022-ci ilin sentyabrında oldu.

     2022-ci il sentyabrın 2-də Azərbaycanın Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı məlumat verdi. Qeyd olunan mövqelərə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutduğunu bildirilmişdi. Nəticədə hər 2 avtomobilin ön hissəsi və şüşələri zədələnmiş, hərbi qulluqçular arasında ölən və ya yaralananlar olmadı. Görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulmuşdu. 

   Sentyabr 3-də isə gün ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərinin ümumi olaraq 19 dəfə atəşə tutuldu. Bunlardan 16-sının Azərbaycan-Ermənistan dövlət sərhədinin Vardenis və Sisian rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş vermişdi. Digər 3 hadisənin isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan bölmələrinin mövqelərini atəşə tutmaqla qeydə alınmışdı.

     Bir gün sonra, sentyabrın 4-də Ermənistan silahlı qüvvələrinin sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarına qədər Azərbaycan-Ermənistan dövlət sərhədinin Vardenis, Gorus və Sisian rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutduğunu xəbərini aldıq. Sentyabrın 4-ü axşam saatlarında qarşı tərəfnin bölmələrinin dövlət sərhədinin Vardenis rayonunun Yuxarı Şorca və Kit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan tərəfinin Kəlbəcər rayonunun Zəyli və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutdu.

     Azərbaycan Müdafiə Nazirliyi döyüşlər zamanı həyatını itirən hərbi qulluqçular barədə birinci məlumatı sentyabrın 13-də saat 20:30 radələrində verdi. Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla, ümumi olaraq Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun həyatını itirdiyini elan edildi. Sentyabrın 14-də, səhər saatlarında həyatını itirənlərin adları ictimaiyyətə açıqlandı.

     Şəhidlərimizin sayının sentyabrın 15-də 71-ə, sentyabrın 16-da 77-yə, sentyabrın 17-də isə 79-a çatdığı, ümumilikdə hərbi əməliyyatlar zamanı həyatını itirən Azərbaycan silahlı qüvvələrinin hərbçilərinin sayının 80 nəfər olduğu bəyan edildi.

      Bu döyüşlər zamanı Azərbaycan silahlı qüvvələrinin 282 hərbi qulluqçusunun yaralandı. Qeyri-rəsmi rəqəmlərə görə, qarşı tərəf 400-ə yaxın itki verib.

     Azərbaycan Ordusunun cavab həmləsi zamanı düşmənin 53 döyüş mövqeyi məhv edilib, xeyli strateji yüksəklik nəzarətə götürülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı sentyabr döyüşlərindən danışarkən deyib:

 

“13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik. Eyni zamanda, ona görə ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur”.

     Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin.

   Bəxtiyar ƏLİYEV

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi

Seçilən
11
herbiand.az

1Mənbələr