“İnter”in sabiq futbolçusu Roberto Qalyardini karyerasını “Verona”da davam etdirəcək.
İdmanxeber.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Qalyardini 2017–2023-cü illərdə “İnter”in heyətində çıxış edib və 2017–2020-ci illərdə İtaliya millisində forma geyinib.