AZ

“Eurovision” təhlükədə: Baş tumaya bilər

Niderland İsrailin iştirakına icazə verildiyi halda 2026-cı il “Eurovision” Mahnı Müsabiqəsinə qatılmayacaq. 

"Cebheinfo.az" xəbər verir ki, Niderlandın ictimai yayımçısı AVROTROS-un verdiyi açıqlamada “Qəzzada davam edən ciddi humanitar fəlakət” səbəbilə İsrailin “Eurovision”-da iştirakını dəstəkləyə bilməyəcəkləri bildirilib.

Açıqlamada qeyd olunub ki, əgər İsrailin iştirakına icazə verilsə, Niderland da Sloveniya, İspaniya, İslandiya və İrlandiya kimi müsabiqəyə qatılmayacaq. 

Bu il keçirilən yarışmada İsrail hökumətinin müdaxiləsinin sübut olunduğu və bunun Eurovision-un qeyri-siyasi mahiyyətinə zidd olduğu vurğulanıb. Açıqlamada, həmçinin “beynəlxalq müstəqil jurnalistikanın qəsdən əngəllənməsi və çox sayda jurnalistin həyatını itirməsi” səbəbilə mətbuat azadlığının ciddi şəkildə pozulmasından dərin narahatlıq ifadə olunub. 

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr