AZ

Niderland gələn il “Eurovision”a qatılmayacaq?

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Niderland, İsrailin iştirakına icazə verildiyi halda “Eurovision 2026” Mahnı Müsabiqəsinə qatılmayacağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Niderlandın ictimai yayımçısı AVROTROS-un verdiyi açıqlamada, “Qəzzada davam edən ciddi humanitar fəlakət” səbəbilə İsrailin hazırkı şəraitdə “Eurovision” Mahnı Müsabiqəsində iştirakını dəstəkləyə bilməyəcəkləri bildirilib.

Qeyd olunub ki, əgər İsrailin iştirakına icazə verilsə, Niderland da Sloveniya, İspaniya, İslandiya və İrlandiya kimi müsabiqəyə qatılmayacaq.

Bu il keçirilən yarışmada İsrail hökumətinin müdaxiləsinin sübut olunduğu və bunun “Eurovision”un qeyri-siyasi mahiyyətinə zidd olduğu vurğulanıb.

Açıqlamada həmçinin “beynəlxalq müstəqil jurnalistikanın qəsdən əngəllənməsi və çox sayda jurnalistin həyatını itirməsi” səbəbilə mətbuat azadlığının ciddi şəkildə pozulmasından dərin narahatlıq ifadə olunub.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
2
cebheinfo.az

3Mənbələr