AZ

"Acer" Berlində keçirilən "IFA-2025" sərgisində dünya ictimaiyyətini təccübləndirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Acer" cihazlarında süni intellekt artıq seçim deyil, yeni normadır. Ən yüksəksəviyyəli notbuklar asanlıqla mühəndislik hesablamalarının və neyron şəbəkələrinin öhdəsindən gəlir, daxili süni intellekt köməkçiləri isə gündəlik işləri öz üzərinə götürür.
"IFA 2025" sərgisi çərçivəsində keçirilən qlobal mətbuat konfransında "Acer" sənayedə trendləri müəyyən edəcək yeni məhsullar təqdim edib. Şirkət süni intellektin getdikcə daha çox işlər gördüyü dünyada cihazların necə olmalı olduğunu göstərdi.
"Predator Helios 18P AI" - adi oyun notbukundan daha üstün
Mətbuat konfransının əsas qəhrəmanlarından biri "Predator Helios 18P AI" notbuku oldu. 18 düymlük bu notbuk sadəcə oyun modeli deyil, stasionar iş stansiyasının tam alternatividir. O, geyminqdən kənara çıxan tapşırıqlar üçün yaradılıb: şəkillərin generasiyası və emalı, 3D vizuallaşdırma, videomontaj, mühəndislik hesablamaları, neyron şəbəkələrin təlimi.
Sessiyalar zamanı dəyişkən yüklərə hesablanmış ənənəvi oyun notbuklarından fərqli olaraq, "Predator Helios 18P AI" uzunmüddətli tam yüklənmə zamanı sabit yüksək performans nümayiş etdirir. Bu, peşəkar tapşırıqlara uyğunlaşdırılmış arxitektura və qabaqcıl soyutma sistemi sayəsində əldə edilir. İstiliyin effektiv ötürülməsini altıncı nəsil "AeroBlade" ventilyatorları, maye metal termopasta və vektor istilik boruları təmin edir.
Serverlər və iş stansiyaları üçün səciyyəvi həll olan 192 GB-dək ECC-yaddaşın dəstəklənməsi funksiyası xüsusi diqqətə layiqdir. Belə yaddaş avtomatik olaraq səhvləri aşkar edib düzəldə bilir ki, bu da nasazlıq və məlumat itkisi riskini azaltmağa imkan verir.
Təsvirlərlə işləyən mütəxəssislər üçün "Predator Helios 18P AI" notbuklarına 4K genişlənmə qabiliyyətinə, 1000 nit parlaqlığa və DCI-P3 rəng məkanının 100% əhatə dairəsinə malik olan mini LED ekran quraşdırılıb. Bu, təsvirlərin hətta birbaşa günəş şüaları altında belə aydın və oxunaqlı olmasını təmin edir
Həmçinin oyun xətti çərçivəsində "Acer" aşağıdakıları təqdim edib:
- "Predator Orion 7000" və "Orion 5000" masaüstü kompüterləri. Bu kompüterlər ən son nəsil prosessorlar, qabaqcıl soyutma sistemi ilə təchiz edilib, həmçinin böyük həcmdə operativ yaddaşı və saxlama imkanını dəstəkləyir;
- Maksimum rəvan və sürətli oyun prosesi üçün 720 Hz-dək yeniləmə tezliyinə malik "Predator X27U F8" monitoru;
- "Predator Aethon 550" klaviaturası üç qoşulma rejiminə (naqilli, "Bluetooth" və 2.4 GHz) malikdir.
- Yenilənmiş oyun notbukları, masaüstü kompüterlər və "Nitro" monitorları silsiləsi.
"Swift Air 16" noutbuku - fərdi süni intellekt erasının flaqmanı
"Swift Air 16" notbuku artıq startda təəccübləndirir: 16 düym diaqonalı və bir kiloqramdan daha az çəkisi olan bu notbuklar böyük gücə malik olması ilə seçilir. Onun əsasını yeni nəsil "AMD Ryzen™ AI 300 Series" prosessoru təşkil edir: sürətli, enerjiyə qənaət edən və qızmaya qarşı davamlı. İntellektual funksiyaları daxili neyroprosessor təmin edir. Bunların arasında istifadəçinin hərəkətlərini "geri çəkməyə", əvvəllər açılmış sənədlərə və ya saytlara qayıtmağa imkan verən "Recall" funksiyası da var. Sistem iş kontekstini bərpa edir və qısa zaman ərzində lazımi yerdən davam etməyə imkan verir.
Bundan əlavə, "Windows"da yenilənmiş axtarış sistemi artıq açar sözlərə deyil, sorğunun mənasına əsaslanır. Məsələn, "ezamiyyət xərcləri" yazmaq kifayətdir ki, sistem, hətta başqa adla saxlanılmış olsa belə, lazımi sənədi tapsın.
"Swift Air 16" peşəkar monitorlarla müqayisə edilə bilən parlaqlığa və kontrastlığa malik yüksək keyfiyyətli AMOLED ekranla təchiz edilib. Enerjiyə qənaət edən arxitektura sayəsində cihaz şarj edilmədən 13 saata qədər işləyə bilir.
"Acer" həmçinin iş, təhsil və gündəlik tapşırıqlar üçün bir sıra cihazları təqdim edib. Təqdim olunan yeni məhsullara daxildir:
- 16 saata qədər batareya ömrü və süni intellekt funksiyalı "Acer Iconia AI" planşetləri;
- Yaponiyaya xas balans və sadəlik fəlsəfəsindən ilhamlanaraq yaradılmış ultranazik "Amanada" monitorları;
- İnteqrasiya edilmiş süni intellektə malik "TravelMate X14 AI" biznes notbuku;
- Böyük süni intellekt modelləri ilə işləmək üçün hazırlanmış "Veriton GN100 AI" iş stansiyası;
- Ekoloji cəhətdən təmiz, civəsiz işıq mənbəyinə malik "Vero" lazer proyektorları.
Şirkət tibbi istiqaməti də inkişaf etdirməyə davam edir. IFA 2025 sərgisində tibbi sənədləşmənin avtomatlaşdırılmasına və həkimlərin iş yükünün azaldılmasına xidmət edən generativ süni intellekt - "aiMed"in də təqdimatı keçirildi. Bundan əlavə, "Acer" SpatialLabs Pro" platformasının yeni həllərini təqdim edib. Artıq bu siyahıya cərrahi təlim və mikroskopik analiz üçün nəzərdə tutulmuş 3D alətlər də daxildir.
"Acer 2025"in bütün yenilikləri ilə keçid vasitəsilə tanış ola bilərsiniz.
Seçilən
2
2
oxu.az

3Mənbələr