AZ

BDU-da bəzi ixtisaslarda dərs həftəsi 4 günə endirildi

Bakı Dövlət Universitetində (BDU) bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükü azaldılaraq 4 günə endirilib.

BAKU.WS xəbər verir ki, BDU-nun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq dəyişiklik təsdiq edilib.

Bildirilib ki, Bakı Dövlət Universitetinin "Jurnalistika" və digər bəzi ixtisaslarında dərslər 4 gün keçiriləcək.

"Ali təhsil müəssisələrində bakalavriat təhsil səviyyəsi üzrə mövcud qaydalara uyğun olaraq, həftəlik dərs yükü 20/22 saat müəyyən edilib. Bakı Dövlət Universitetində dərs cədvəllərinin 4 və ya 5 iş gününə tərtib edilməsi qaydalara uyğundur. "Jurnalistika" ixtisası ilə eyni zamanda bəzi ixtisaslarda da 2025/26-cı tədris ilinin payız semestrində dərslər həftədə 4 iş gününə keçirilib.

Seçilən
3
27
far.az

10Mənbələr