AZ

Çirkli hava bu xəstəliyə səbəb olur

ain.az, Baku.ws saytına istinadən bildirir.

Hava çirkliliyinin beyin funksiyalarını pozduğu ortaya çıxıb. Bu barədə "JAMA Neurology" jurnalında məlumat yer alıb. Qeyd edilib ki, hava çirkliliyi ilə "Alzheimer" arasında əlaqə var.

BAKU.WS xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uzun müddətdir hava çirkliliyi ilə mübarizə aparmağa çalışır. Bu ekoloji probelm səbəbindən hər il dünyada 7 milyon insan vəfat edir.

Aparılan araşdırmalardan sonra, xüsusilə də diametri 2,5 mikrometrdən kiçik hissəciklər və idrak qabiliyyətinin azalması arasında əlaqə olduğu irəli sürülüb. Bununla belə, ABŞ-da aparılan yeni növ tədqiqat, PM2.5-in mərkəzi sinir sisteminə birbaşa təsir etdiyini və beyin funksiyasını pozduğunu ortaya çıxıb.

Belə ki, PM2.5 Alzheimer xəstəliyinin əlamətləri olan dolaşıqlar əmələ gətirir. PM2.5 hissəcikləri avtomobillərin işlənmiş qazları, odun sobaları və bəzi sənaye fəaliyyətlərindən əmələ gəlir. Çılpaq gözlə görünməyəcək qədər kiçik olan bu hissəciklər ağciyərlərin dərinliklərinə və oradan da qana nüfuz edə bilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
baku.ws

2Mənbələr