AZ

Uşaqlarda müntəzəm fiziki aktivliyin faydaları

İdman hər yaş dövrü üçün əhəmiyyətli olsa da, böyümə çağında olan uşaqlar üçün xüsusilə vacibdir.


Pravda.az bildirir ki, müntəzəm fiziki aktivlik uşaqlarda stresin azalmasına, sağlam inkişafına, reflekslərin güclənməsinə və intizamlı davranışın formalaşmasına kömək edir.


Araşdırmalara görə, idmanla məşğul olan uşaqların diqqət toplama qabiliyyəti artır, immun sistemi güclənir, xəstəlik riski azalır. Bundan başqa, komanda oyunları sayəsində uşaqlar liderlik bacarığı və kollektiv ruhu qazanırlar.


Həkimlər valideynlərə uşaqların sağlam böyüməsi və zehni inkişafı üçün gündəlik həyatlarına fiziki aktivliyi daxil etməyi tövsiyə edirlər.


Əminə Bayramova 

Tarix: 12 Sentyabr 2025, 16:26   
Seçilən
10
pravda.az

1Mənbələr