AZ

Almaniya etiraf etdi: Dirçəliş gözlənildiyindən yavaşdır

Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Almaniya hökuməti ilin sonuna qədər ölkə iqtisadiyyatının ciddi sürət qazanmayacağını proqnozlaşdırıb.Turkustan.az xəbər verir ki, Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi ölkə iqtisadiyyatına dair aylıq hesabatını dərc edib.Hesabatda ikinci rübdə ümumi daxili məhsulun (ÜDM) azalmasının ilkin olaraq gözləniləndən çox olduğu və bunun ilk növbədə birinci rübdə ABŞ-a ixracın artması ilə bağlı xüsusi təsirlərdən qaynaqlandığı qeyd edilib.Hesabatda alınan sifarişlər kimi korporativ sektorda cari inam göstəricilərinin iqtisadi canlanmadan xəbər verdiyi qeyd edilsə də, son vaxtlar istehlakçı inamının bir qədər zəiflədiyi qeyd olunub.Hesabatda ilin üçüncü rübünün hazırkı göstəricilərinin hələlik iqtisadiyyatda əhəmiyyətli bir canlanmaya işarə etmədiyi vurğulanıb və “Ümumiyyətlə, üçüncü rübdə iqtisadi canlanma mülayim olacaq və Federal Hökumətin iqtisadi və fiskal siyasət tədbirlərinin stimullaşdırıcı təsiri ilin sonunda daha güclü hiss olunacaq” qənaətinə gəlinib.Almaniya iqtisadiyyatı birinci rübdə 0,3 faiz artdıqdan sonra ikinci rübdə 0,1 faiz daralıb. İqtisadiyyat xüsusilə regionun digər ölkələrinə nisbətən daha böyük rol oynayan istehsal sektorunda davamlı zəiflik səbəbindən həssas olaraq qalır.İqtisadiyyat artan faiz dərəcələri, dövri risklər və struktur dəyişiklikləri kimi səbəblərdən böyüməkdə çətinlik çəkir.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
icma.az

2Mənbələr