AZ

Rusiya ilə Polşa arasında yaxın həftələrdə ciddi qarşıdurma mümkündür – Hindistanlı astroloq

Rusiya ilə Polşa arasında yaxın həftələrdə ciddi qarşıdurma ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə məşhur hindistanlı astrolog Kuşal Kumar bildirib.

Kumar açıqlayıb ki, planetlərin – xüsusilə Mars və Saturna aid mövqeləri beynəlxalq münasibətlərdə gərginliyin kəskin artmasına işarə edir.

Onun sözlərinə görə, 8 sentyabrdan ayın sonunadək olan dövr həlledici olacaq və Şərqi Avropanın taleyini uzun illər müəyyənləşdirə bilər.

Kumar bildirib ki, sülh və ya müharibə qərarı liderlərin müdrikliyindən asılıdır, lakin “ulduzların enerjisi daha çox güc tətbiq olunan ssenariyə yönəlib”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
7
interpress.az

1Mənbələr