AZ

Almaniya ruslar üçün viza tələblərinin sərtləşdirilməsinin tərəfdarıdır

Ukraynada müharibəni davam etdirən Rusiyaya qarşı Avropa İttifaqının yeni sanksiyalar paketinin hazırlanması çərçivəsində Almaniya hökuməti ruslar üçün viza rejiminin sərtləşdirilməsinin tərəfdarıdır.

Herbiand.az “dpa” agentliyinə istinadən xəbər verir ki, Berlinin bu məsələ ilə bağlı mövqeyinə dair sənəddə Avropa Komissiyasının 2022-ci ildə dərc etdiyi tövsiyələrin tam yerinə yetirilməsi tələb olunur. Bu tövsiyələrə Şengen zonasında Rusiya vətəndaşları üçün ciddi viza məhdudiyyətləri daxildir.

Almaniya Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Berlin ruslara milli və Şengen vizalarının verilməsi qaydalarını sərtləşdirib. Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildə ölkələrin diplomatik nümayəndəlikləri Rusiya vətəndaşlarına 2019-cu ildə pandemiyadan əvvəlki ilə müqayisədə 90 faizdən çox az Şengen vizası verib.

Son məlumatlara görə,  ruslara verilən vizaların sayının artıb. 2024-cü ildə Rusiya vətəndaşları Aİ ölkələrində və digər Şengen ölkələrində, o cümlədən İsveçrədə təxminən 542 min qısamüddətli viza alıblar. Bu, 2019-cu illə müqayisədə xeyli azdır, lakin 2023-cü illə müqayisədə təxminən 20% çoxdur. Onların əksəriyyəti Avropa İttifaqının cənub ölkələri - İtaliya (152 mindən çox viza), Fransa (124 min), İspaniya (111 min) və Yunanıstan (təxminən 60 min) tərəfindən verilib. Müqayisə üçün qeyd edək ki, Almaniya 2024-cü ildə ruslara 17 minə yaxın Şengen vizası verib.

Seçilən
27
herbiand.az

1Mənbələr