AZ

“Sanksiya əvəzinə Alyaskada Putinə görüş təşkil etdi” Polşa Trampa qarşı tənqidləri gücləndirir

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməli idi, amma əvəzində o, Vladimir Putin üçün Alyaskada sammit təşkil etdi.

“AzPolitika” xəbər verir ki, bunu Polşanın Xarici İşlər naziri Radoslav Sikorski “Fox News” telekanalının efirində deyib.

"Biz Vladimir Putinin hesablamalarını dəyişməliyik. Biz onu inandırmalıyıq ki, o, Ukraynanı məqbul qiymətə fəth edə bilməyəcək və bunun üçün Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməliyik", - Sikorski vurğulayıb.

Nazir əlavə edib ki, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirmək üçün lazım olan resurslardan məhrum edilməlidir. 

O, Trampın Rusiya ilə bağlı son qərarlarını da tənqid edib: "Biz sanksiyaları görməli idik, əvəzində Alyaska gördük və o vaxtdan bəri hücumlar daha da intensivləşdi".

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
azpolitika.info

1Mənbələr