AZ

Zaxarova: Bu ölkələr cəzasız qalmayacaq

“Rusiyanın Avropa İttifaqındakı (Aİ) aktivlərinin oğurlanması (müsadirəsi) bu cinayətin iştirakçıları üçün cəzasız qalmayacaq, Moskva buna sərt cavab verəcək”.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Avropa İttifaqı Rusiyanın aktivlərinin oğurlanması ilə məşğul olsa, bunun bütün qlobal maliyyə sistemi üçün nəticələri son dərəcə mənfi olacaq. Bu, belə cinayətdə iştirak edənlər üçün cəzasız qalmayacaq. Rusiyanın suveren aktivlərinə sahiblik hüququndan məhrum edilməsi cəhdləri ilə bağlı istənilən qeyri-dost hərəkətlərə sərt cavab verəcəyik”, - diplomat bildirib./teleqraf

Seçilən
0
1
turkustan.az

2Mənbələr