AZ

Rusiyada mobil internet kəsintiləri kəskin artıb

Rusiyada mobil internet kəsintiləri daha da artıb, bunun ölkə iqtisadiyyatına zərəri milyardlarla ölçülür...

Poliqon xəbər verir ki, mobil internet kəsintiləri Rusiyada iyul və avqust aylarında 2000-i keçib ki, bu da iyun ayı ilə müqayisədə 3 dəfədən çox artım deməkdir. Bu məlumatları "Na svyazi" texniki dəstək layihəsinin məlumatları əsasında "Financial Times" qəzeti yayımlayıb.

"Internet Protection Society" təşkilatının hesablamalarına görə, ölkə üzrə internetin bir saatlıq kəsilməsi Rusiya iqtisadiyyatına 46,4 milyard rubl (557,1 milyon dollar) zərər vurur. Təkcə Moskva şəhəri üçün bu rəqəm 9,6 milyard rubla (115,1 milyon dollar) bərabərdir.

Qeyd edək ki, sözügedən internet kəsintilərinin əsas səbəbləri açıqlanmasa da, kəskin artımın ölkədə cərəyan edən son hadisələrlə əlaqəli olduğu ehtimal edilir. İnternet kəsintiləri və ya bloklanması son illərdə bir çox ölkədə dövlət tərəfindən informasiya axınının məhdudlaşdırılması və ya nəzarət edilməsi üçün istifadə olunan bir metod kimi müşahidə olunur. Lakin bu cür addımlar həm iqtisadi, həm də sosial baxımdan ciddi fəsadlara səbəb olur.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr