AZ

Xalq artisti Tünzalə Ağayeva “Zəngəzur” söylədi - FOTO / VİDEO

 Xalq artisti Tünzalə Ağayeva “Zəngəzur mahnısı”na çəkilən klipdə yer alıb.Missiya.Az xəbər verir ki, pop ulduz yeni ekran işindən bir hissəni şəxsi “İnstagram” hesabında paylaşıb. Sənətçinin klipdəki obrazı xüsusi diqqət çəkib. Millli və tarixi ornamentlərin yer aldığı geyim məşhur dizayner Lali Rüstəmovaya məxsusdur. Styling isə ulduzun şəxsi stilisti Şamxal Ramazanlıya aiddir.Layihənin məqsədi milli-mədəni yaddaşın gücləndirilməsi və Qərbi Azərbaycan mövzusunun mədəni təbliğinə töhfə verməkdir.Klipin çəkilişləri Şərqi Zəngəzur - Laçın, Qubadlı, Zəngilan rayonlarında baş tutub.İlahə QənbərliMissiya.Az

Seçilən
3
8
missiya.az

10Mənbələr