AZ

Azərbaycan və Fransa klubları arasında hamıdan sirr saxlanılan SÖVDƏLƏŞMƏ!

“Sabah” dünən heyətini yeni futbolçu ilə gücləndirib.

Aaron Maluda “Lill”dən bir illik icarəyə götürülüb.

Maluda “Lion”un yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Nim”in həm ikinci, həm də əsas komandalarında oynayıb.

Vinger mövqeyində çıxış edən Aaron, Fransanın U-19 millisinin də üzvü olub.

Maludanın keçidi ilə bağlı bir maraqlı məlumat var, istərdik ki, onu oxucularımızla bölüşək.

Redaksiyamıza daxil olan informasiyaya görə, «Lill» ilə anlaşmaya əsasən, Azərbaycan klubu onu birdəfəlik transfer etmək hüququna yiyələnib.

Bu, 2026-cı ilin yayında bilinəcək - fransalı gənc ovaxtadək özünü doğrultsa, «bayquşlar» qarşı tərəfə təzminat ödəyəcək və onunla birbaşa müqavilə imzalayacaq.

Belə olan halda isə Azərbaycan kubokunun sahibi Liqa 1 təmsilçisinə 250 min avroya qədər kompensasiya verəcək.

SPORTİNFO.AZ

Seçilən
25
sportinfo.az

1Mənbələr