AZ

Ermənistan vətəndaşlarının məhkəməsində girov götürülən azərbaycanlının öldürülməsi və digər cinayətlər üzrə sənədlər elan olunub

Bakı. Trend:

Sentyabrın 12-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasıvətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesisənədlərin elan olunması ilə davam etdirilir.

Trend xəbər verir ki, elan olunan sənədlərdən biri 1991-ci ilyanvarın 12-də Xocavənd-Qaradağlı yolunda hərəkət edən avtobusabasqın edilməsi faktı üzrə olub. Xocavənd rayon sakini RəhimovKamal Baxış oğlunun idarə etdiyi və içərisində 25-30 nəfər Xocavəndkənd sakininin avtobus Xocavəndin Xocavənd-Kiş-Qaradağlı yolunun6-cı kilometrliyində ermənilər tərəfindən müxtəlif çaplı odlusilahlarla atəşə tutulub.

Digər sənəd 1991-ci il yanvarın 28-də Nəzərova Fəranə Nərimanqızının öldürülməsi faktı ilə bağlı olub. O, Xocavənd rayonununXocavənd kəndində odlu silahdan atəş açmaqla qətlə yetirilib.

Növbəti sənəddə göstərilib ki, həmin kəndin sakini, 7-ci sinifşagirdi Məmmədov Azər İspəndiyar oğlu 1991-ci il yanvarın 29-daküçədə həmyaşıdları ilə oynayarkən Xocavənd şəhəri tərəfdən odlusilahdan atəş açılması nəticəsində qarın nahiyəsindən xəsarətalıb.

Digər cinayət işi üzrə sənəddə isə bildirilib ki, 1991-ci ilfevralın 15-də Nəbiyev Camal Abbasəli oğlu yaşadığı Goranboyrayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl)rayonunun Sarısu kəndinə gedərkən, Buzluq kəndinin yaxınlığındankeçən aşırımda 40-50 metr məsafədən avtomat və digər odlusilahlardan atəşə tutularaq qətlə yetirilib.

Elan edilən digər sənəd avtobusun atəşə tutulması faktı iləəlaqədar olub. Qeyd edilib ki, 1991-ci il fevralın 24-dəYevlax-Laçın avtomobil yolunun 99-cu kilometrliyində Xankəndişəhərinin şərq hissəsində naməlum şəxslər tərəfindən partlayıcıqurğulardan və avtomat silahdan istifadə etməklə Şuşa avtonəqliyyatmüəssisəsinin sürücüsü Z.Ç.Əliyevin idarə etdiyi sərnişinlərlə doluolan avtobusa basqın olub, bir neçə mülki şəxs müxtəlif dərəcəlixəsarətlər alıb, avtobus yararsız vəziyyətə düşüb.

Bundan başqa, Muradov Qorxmaz Murad oğlunun öldürülməsi faktıüzrə sənəd də elan olunub. Bildirilib ki, Ağdam Rayon PolisŞöbəsinin əməkdaşı Muradov Qorxmaz Murad oğlu 1991-ci il fevralın25-də ermənilər tərəfindən girov götürülüb, bir gün sonra Xocavəndrayonunun Hacılı (Haslı) kəndində odlu silahla qətlə yetirilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Seçilən
10
50
az.trend.az

6Mənbələr