AZ

Aqrar sahədə mütəxəssislərlə əlaqədar ictimai dinləmənin keçirilməsi təklif olunub

ain.az bildirir, Ses qazeti portalına istinadən.

Aqrar sahədə mütəxəssislərlə əlaqədar ictimai dinləmənin keçirilməsi təklif olunub. SİA xəbər verir ki, belə təkliflə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov çıxış edib. Deputat deyib ki, artıq Azərbaycan əsas prioritet məsələ kimi turizmə və aqrar sahəyə böyük önəm verir: ”Xüsusilə Ulu öndər Heydər Əliyevin 1969-cu ildən hakimiyyətə gəlişindən sonra Azərbaycan üzümçülük, şərabçılıq, tütünçülük, taxılçılıq və digər sahələrdə rentabelli respublikaya çevrilib. 1990-cı illərin əvvəllərindən isə bu sahədə mütəxəssislərin bir çoxu Türkiyədən, İsraildən dəvət edilirdi. Azərbaycan Aqrar Universitetində aqronom, zootexnik, digər mütəxəssislər yetişdirilirdi, amma həmin mütəxəssislərimizin bir çoxu o sahəni bitirsələr də işləmirdilər. Yaxud da ki, keyfiyyətli təhsil almırdılar ki, digər ölkələrdən aqrar sahə üzrə mütəxəssislər dəvət etməyə məcbur olurduq. Amma indi bu sahədə də kifayət qədər işlər görülür. Həmin universitetlə görüşün, ictimai dinləmənin keçirilməsi, görülən işləri, problemləri müzakirə etməyimiz çox mühüm məsələdir. İctimai dinləmənin nəticələri ilə biz bu sahədə daha çox uğurlar görə bilərik”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
3
sesqazeti.az

4Mənbələr