AZ

Kriptomilyarder əkiz qardaşlarına məxsus “Gemini” ABŞ-də IPO zamanı $425 milyon cəlb edib

Kriptovalyuta birjası “Gemini Space Station” səhmlərinin ilkin ictimai yerləşdirilməsi (IPO) zamanı 425 milyon dollar cəlb edib, bu barədə “Reuters” yazıb. Səhmlər planlaşdırılmış qiymət diapazonundan yuxarı qiymətə yerləşdirilib.

Milyarder əkizlər Tayler və Kemeron Uinklvossun rəhbərlik etdiyi şirkət təxminən 15.2 milyon səhm satıb, hər birinin qiyməti 28 dollar olub. Halbuki hədəf diapazon 24–26 dollar səviyyəsində müəyyən edilmişdi.

“Reuters”in hesablamalarına görə, IPO nəticəsində “Gemini”nin bazar dəyəri 3.33 milyard dollar səviyyəsinə çatıb. “Gemini”nin səhmləri ilə ticarət bu gün, sentyabrın 12-də, “Nasdaq” birjasında “GEMI” tikeri altında başlayacaq.

Qeyd edək ki, Uinklvoss qardaşları kriptovalyutadan sərvət qazanan ilk milyarderlər sırasındadırlar. Onların ən böyük investisiyası 2013-cü ildə olub – qardaşlar hər biri 120 dollar olmaqla 11 milyon dollara bitkoin alıblar.

Sentyabrın 12-nə olan məlumata görə, qardaşlar 4.5 milyard dollarlıq sərvətlə dünyanın ən zəngin adamları reytinqində 888-ci yerdədirlər.

Seçilən
20
banker.az

1Mənbələr