1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ermənistan "Qərb-2025" təlimlərində iştirakdan imtina edib.
Rusiya və Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və digər tərəfdaş ölkələrin hərbi birləşmələrini "Qərb-2025" təlimlərində iştiraka dəvət edib.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Lakin Ermənistan müdafiə nazirinin mətbuat katibi Aram Torosyan bildirib ki, Ermənistan bu manevrlərdə iştirak etməyəcək.