Gəncə şəhərində evdə suqızdırıcı partlayıb, yanıq xəsarəti alan var.
Hadisə zamanı yanıq xəsarəti alan 1992-ci il təvəllüdlü qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
TƏBİB-dən bildirilib ki, hər iki yuxarı ətrafın və sinənin I, II dərəcəli yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.//Report