AZ

İrəvan elan etdi: Rusiyanı bu siyahıdan sildik! Tarixi status itirildi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan “RTVI” telekanalına müsahibəsində bildirib ki, Rusiya ilə münasibətlər artıq “kiçik qardaş-böyük qardaş” anlayışı ilə ölçülmür, əksinə, tam tərəfdaşlıq prinsipləri əsasında qurulub.

Sitat:

“Hazırda Rusiya ilə münasibətlər tamamilə fərqlidir – tərəfdaşlıq münasibətləri. Rusiyanın Ermənistana münasibəti böyük və ya kiçik qardaş kimi deyil, sadəcə olaraq tərəfdaşlıq münasibətləridir. Biz son 4 ildə buna can atırıq”.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Ermənistanın Rusiya ilə münasibətlərinin son durumu və ya İrəvanın həyata keçirmək istədiyi addımlar məhz yeni şəraitin, yeni münasibətlər formatının yaranmasına yönəlib:

“Yəni həm Ermənistan Prezidenti, həm də Baş nazir Nikol Paşinyan əvvəlki səviyyədə Rusiyanın protektoratlığı altında olmaq istəmirlər. Onlar Rusiyanın buxovlarından bir an əvvəl xilas olmağa çalışırlar. Digər tərəfdən, onun arxasında dayanan Avropa ölkələrinin – Ermənistan hökumətinin donorlarının – tələbləri də məhz budur.

Ermənistanın Rusiyadan uzaqlaşmaq istiqamətində atdığı hər addım xaricdəki sponsor təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Amma buna baxmayaraq, Ermənistanın iqtisadi və siyasi sahədə Rusiya ilə asılılığı indiki halda Kremldən uzaq, müstəqil siyasət yeritməyə imkan vermir.

Əlimusa İbrahimov 

Avropa ölkələri də hələ ki Ermənistan-Rusiya münasibətlərində boşalan sahələri tam şəkildə doldurmağa hazır deyil. Məhz buna görə də Vaaqn Xaçaturyanın Rusiya ilə münasibətlərin “kiçik qardaş-böyük qardaş” prinsipi ilə ölçülmədiyini bəyan etməsi vaxtından bir qədər əvvəl işlədilmiş ifadədir. Ermənistan Rusiyadan tam müstəqil olmaq üçün hələ uzun müddət mübarizə aparmalı və Avropa tərəfindən tam dəstək almalıdır.

Digər tərəfdən, Ermənistanda Rusiya barədə nə düşündüklərindən asılı olmayaraq, Moskva bu Cənubi Qafqaz ölkəsinə hələ də tabeliyində olan vassal ölkə kimi baxır”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
globalinfo.az

2Mənbələr