İqlim dəyişiklikləri nəticəsində Azərbaycanın həm yerli, həm də transsərhəd su ehtiyatları 15-20 faiz azalıb.
Day.Az xəbər verir ki, bunu Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin Suların istifadəsi və mühafizəsinə dövlət nəzarəti xidmətinin kadastr, uçot və reyestr şöbəsinin müdiri Rafiq Verdiyev 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgisi və Konfransında (Baku Water Week, Bakı Su Həftəsi) etdiyi çıxışda deyib.
Onun sözlərinə görə, bu o anlama gəlir ki, ölkə ərazisində olan su ehtiyatlarının ümumi həcmi təxminən 19 milyard kubmetr təşkil edir.
"İqlim dəyişiklilərinin təsirini az qala bütün çaylarda görmək olur. Bu su öncə danışdığım kimi, su səviyyəsinin aşağı düşməsinə səbəb olur. Temperatur artımının qabağı alınmasa, gələcəkdə bizim su ehtiyatlarımı 20-30 faiz azala bilər. Bu isə öz növbəsində ciddi problemlər yarada bilər", - deyə ADSEA qeyd edib.