AZ

Paşinyan kilsəni siyasətdən uzaqlaşdırmaqla bu problemi birdəfəlik həll etməyə çalışır

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Ermənistanda Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında bir müddət əvvəl yaşanan gərginlik hələ də davam edir. Bu qarşıdurma ölkədə siyasi atmosfer və ictimai fikir üçün əhəmiyyətli izlər buraxıb və gələcəkdə dövlət ilə dini institut arasındakı münasibətlərin necə inkişaf edəcəyinə dair suallar qalmaqdadır. 

Siyasi şərhçi Azər Həsrət AZXEBER.COM-a bildirib ki, Ermənistanın başlıca problemlərindən biri Daşnaksütun partiyasıdır:

"Əslində bu partiya bir terror təşkilatıdır. İkincisi əsas problem isə Ermənistan Apostol Kilsəsidir. Kilsə uzun illər ərzində öz dini vəzifələrini unudaraq erməni xalqını fəlakətlərə sürükləyib. Azərbaycan torpaqlarının işğalında Daşnaqsütun Partiyasıyla yanaşı yanaşı kilsənin də rolu böyükdür. Keşişlər hətta döyüşlərdə əlində avtomatla iştirak edərək erməniləri Azərbaycan üzərinə göndəriblər. Bu səbəbdən erməni milləti uzun illər bundan zərər çəkib. Hazırda Paşinyan hakimiyyəti kilsənin siyasətə qarışmış "dırnaq arası” rolunu düzgün qiymətləndirir. Onlara izah edir ki, siyasətə qarışmayın, yalnız dinlə məşğul olun, siyasət və terrora bulaşmış din xadimlərini kənara çəkin. 

Paşinyan çalışır ki, kilsəni siyasətdən uzaqlaşdırmaqla bu problemi birdəfəlik həll etsin. Əgər kilsə siyasətə qarışmağa davam edəcəksə, erməni xalqının faciələri də bitməyəcək”.

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
azxeber.com

1Mənbələr