AZ

"Liverpul"un baş məşqçisi ayın ən yaxşısı seçildi

BAKI, 12 sentyabr. TELEQRAF

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı baş məşqçisi seçilib.

Teleqraf liqanın rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Liverpul" baş məşqçisi Arne Slot layiq görülüb.

Mersisayd təmsilçisi avqustda niderlandlı mütəxəssisin rəhbərliyi altında Premyer Liqanın hər üç oyununda qalib gəlib. "Qırmızılar" "Bornmut"u 4:2, "Nyukasl Yunayted"i 3:2, "Arsenal"ı isə 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Arne Slot səsvermədə Regis Le Bris ("Sanderlend"), Enzo Mareska ("Çelsi") və Devid Moyesi ("Everton") qabaqlayıb.

Seçilən
49
teleqraf.com

1Mənbələr