AZ

İrlandiya: “İsrail iştirak etsə, 2026 Eurovision-da olmayacağıq”

Ajans.az xəbər verir ki,bu barədə RTÉ-nin baş direktoru Kevin Bakhurst rəsmi açıqlama verib. “İsrailin iştirakının davam etdiyi halda, İrlandiyanın 2026 Avroviziyasında iştirakı mümkün deyil. Qəzzada davam edən müharibə və dəhşətli insan tələfatı fonunda bu addımı atmaq vicdansızlıq olardı,” – deyə Bakhurst bildirib. RTÉ həmçinin digər yayımçıları da bənzər mövqe sərgiləməyə və İsrailin iştirakı məsələsində mövqe ortaya qoymağa çağırıb. İrlandiyanın Dövlət Xərcləri naziri Jack Chambers də yayım qurumunun mövqeyini dəstəklədiyini bildirib. O, jurnalistlərə açıqlamasında qeyd edib: “Qəzzada baş verən soyqırım xarakterli hərbi əməliyyatlar, beynəlxalq jurnalistlərin hədəf alınması və bölgəyə informasiya çıxışının məhdudlaşdırılması bizi şoka saldı. RTE-nin qərarını tam anlayışla və hörmətlə qarşılayıram.” Avropa Yayım Birliyinin (EBU) Eurovision direktoru Martin Qrin də məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Yaxın Şərqdəki gərginliklə bağlı narahatlıqları anlayırlar və iştirakçı ölkələrlə mütəmadi məsləhətləşmələr aparılır. “İştirak etmək qərarı hər bir üzv yayımçının öz seçimidir. Dekabrın ortalarına qədər yayımçılar bizə 2026-cı ildə Vyanada keçiriləcək yarışmada iştirak edib-etməyəcəklərini bildirməlidirlər. Biz istənilən qərərə hörmətlə yanaşacağıq.”

 

Seçilən
73
Ajans.az

1Mənbələr